Koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən yerə atdı

Gürcüstanın Kutaisi şəhərində koronavirusa yoluxmuş pasiyent xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb.

24News.ge xəbər verir ki, pasiyent bir neçə saat sonra dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata əsasən, pasiyent 64 yaşlı kişi olub.

O, xəstəxanada öz oğlu ilə birgə müalicə olurmuş, oğlu palatadan çıxdığı zaman pəncərədən özünü atıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaq başladıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu