İpoteka kreditlərinin həcmi artıb - Mərkəzi Bank


Banklar tərəfindən 97,5 milyon manat həcmində ipoteka krediti verilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, aprel ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43 milyon manat və ya 1,8 dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 17,8 milyon manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən sabit qalıb.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 58,3 milyon manat olub. 2020-ci ilin aprel ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 44,3 milyon manat və ya 4,1 dəfə artıb.

İlin əvvəli ilə müqayisədə faiz dərəcəsi 6,34 səviyyəsində saxlanılıb. Aylıq ödənişlərin həcmi isə fevral ayı ilə müqayisədə (372,8 manat) artaraq 375,8 manat həcmində müəyyənləşib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu