"Sən təhsilsizsən" iradı Pərvini özündən çıxardı:"...Danışığına diqqət edin"

“Sənətkar bacarığa, qabiliyyətə önəm verməlidir. Amma deyirlər, sən təhsil almamısan. Mədəniyyət və İncəsənət universitetini bitirən aktrisalar tanıyıram ki, onlarla eyni səhnəni bölüşmək istəmirəm. Onun oyunu yapışmır, o qədər əttökən danışır ki...  “C-ç” “ s” hərflərini düzgün səsləndirə bilmir, fitdiyə-fitdiyə danışır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “MTV Azərbaycan”a açıqlamasında deyib. O söhbətə davam edərək bunları söyləyib:
“Amma o onlar üçün sənətkardır. Niyə? Çünki öz əllərindən çıxıb. Yetişdirdiyiniz aktyor-aktrisalar budur. Əvvəlcə diksiyanın üzərində çalışılmalıdır. Təhsil verdiklərinizin danışığına diqqət edin. Mənim nitqimdə qüsur yoxdur. Çünki özüm öz üzərimdə işləmişəm. Bilmirəm haqqımda kim nə deyib. Lakin birinci tələbələrinə  baxsınlar ki, onlar nə gündədir. Gəlib mənim kimi tanınıb sevilsinlər. Ondan sonra baxarıq”.

Aktrisa sonuncu dəfə 24 yaşında serialda rol aldığını da bildirib:

“6 ildir serial təkliflərini qəbul etmirəm. Çünki yorucudur, serialın rejissoru, prodüseri insanı yorur. Mən yüksək qonorar alırdım deyə 1 ayın işini  1 günə sığışdırmağa çalışırdılar ki, az pul versinlər. Bütün səhnələri iç-içə salırdılar, səhərə qədər çəkiliş olurdu. Qazandığımı da  sağlamlığım üçün xərcləyirdim.  Hələ də düzəlməmişəm. Bəzən filmlərə və başqa layihələrə də yox deyirəm.  Buna səbəb də tərəf müqabilim olan aktyordan enerji ala bilməməyimdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu