Baloğlan Əşrəfovla bağlı üzücü xəbər

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Lent.az-a açıqlama verən 69 yaşlı müğənni bildirib ki, hazırda özünü yaxşı hiss etmir:
“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.
Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu