CAVAB:“Fransa afrikalıların kəllələrini muzeydə nümayiş etdirir” 

“Hərbi qənimətlər parkı ilə bağlı ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası boşboğazların diskussiyasından başqa bir şey deyil. Yaxşı olardı kı, ermənilər öz tarixlərinə baxsınlar. Çox sadalamayacam, təkcə Soqomon Teyliryana Şirakda ucaldılan abidə kifayətdir. Həmin heykəlin ayağının altında Tələt Paşanın kəsilmiş başı təsvir edilmişdir. Dünyanın hansı ölkəsində ayaqları altında kəllə olan ikinci belə bir abidə və heykəl var? Heç yerdə”.  Bu sözləri politoloq Zaur Məmmədov deyib.
O, “Sherg.az”a açıqlamasında qələbəmizi “həzm edə bilməyənlərə” tutarlı cavab verdi: 

“İkincisi, yaxşı olardı ki, Fransa da dönüb öz tarixinə baxsın. Azərbaycan Fransadan fərqli olaraq öz torpaqları uğrunda öz ərazisində müharibə aparıb. Amma Fransa min kilometrlərlə uzaq ərazilərdə işğalçılıq siyasəti apararaq bir çox xalqlara qarşı soyqırımlar, qətliamlar törədib.

Yaxşı olardı kı, fransızlar Parisdə  öz torpaqları uğrunda Fransa işğalına qarşı mübarizə aparmış Afrika xalqlarının kəllələrini niyə muzeydə nümayiş etdirdiklərinə aydınlıq gətirsinlər.

Parisdəki İnsan muzeyində 19-cu əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri nümayiş etdirilir. Humanizm və bəşəri dəyərlər haqqında Rusiyada danışa biləcək ən axırıncı adam Eduard Limonovdur. 

Bu ölkədə  qeyri - rusların öldürülməsində xüsusi fəallıqları ilə seçilən "skinxet"lərin fəaliyyətinin məhz qatı faşist ideologiyasının daşıyıcısı olan Limonov və digərlərinin təşkilatçılıqları ilə baş tutduğu hər kəsə məlumdur. Bunların danışması heç nəyi dəyişmir. Qarabağ Azərbaycandır!”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu