Azərbaycanlı professor vəfat etdi - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin sabiq dekanı, Əməkdar müəllim, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov dünyasını dəyişib. 

"Sherg.az"ın məlumatına görə, o, 72 yaşında ürək tutmasından vəfat edib. 

Maqsud Ağaqulu oğlu Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonuunun Ağudi kəndində anadan olub. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 
M.Nəcəfov 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olub və 1975-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib 

1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib. 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 

Maqsud Nəcəfov 1998-ci ildən 2019-cu ilə qədər həmin universitetin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləyib. 

2012-ci ildə “Silindirik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilib./Oxu.Az


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu