İki ölkədə saxta “Pfizer” vaksini istifadə olunub

Meksika və Polşada ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi koronavirus peyvəndinin saxta versiyasını aşkar olunub.
Bu barədə “Wall Street Journal” xəbər yayır.
Meksikada təxminən 80 nəfər bir klinikada bir dozası təqribən 1000 dollar dəyərində saxta peyvənd alıb. Tapılan flakonların üstündə saxta etiket olub.
İlkin məlumatlara görə, Polşadakı saxta dərman əslində qırışa qarşı pereparat imiş. Yerli səlahiyyətlilər heç kimin saxta peyvənd almadığını bildirib.
Flakonlar Polşa və Meksikadakı səlahiyyətlilər tərəfindən araşdırmalar zamanı ələ keçirilib, sonra “Pfizer” onların saxta olduğunu təsdiqləyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu