Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

"İsrail Azərbaycanın ixrac etdiyi ölkələr arasında üçüncü yeri tutur. Heç kəsə sirr deyil ki, qarşılıqlı əlaqələrdə neft və qaz sahəsi əsas yeri tutur, lakin mən bunun daha da genişlənməsini istəyirəm".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Israel Hayom" nəşrinə müsahibəsində deyib. 

Nazir bildirib ki, Azərbaycan İsraildə turizm bürosu açmağı planlaşdırır: "Turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlıq üçün böyük fürsətlər var. İstərdim ki, biz kiber müdafiə, təhsil, su resursları və səhiyyə sahəsində əməkdaşlıq edək.

Biz 2019-cu ildə yaradılan qarşılıqlı iqtisadi əməkdaşlıq üçün önəmli forumun fəaliyyətini daha da canlandırmaqda maraqlıyıq.

İsraildə turizm bürosunun açılması vacib mesaj olacaq. Texnologiya sahəsində də İsraillə əlaqələrimizin inkişafında maraqlıyıq.

Özəl sektorda əlaqələr daha sürətlə genişlənir. Biz gələn il hətta İsraildə ticarət bürosu açmağa ümid edirik".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu