Tarixi fürsət!- “Zəngəzur dəhlizi region ölkələri üçün əhəmiyyətlidir”

Bu günlərdə Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında iştirak edib. Ölkə başçısı videoformatdakı çıxışında bildirib ki, hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Prezident qeyd edib ki, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək:“Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.


“Zəngəzur nəqliyyat dəhlizi”nin əhəmiyyətini “Sherg.az”a şərh edən millət vəkili Əziz Ələkbərli bildirib ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr bəyannaməsinin əsas müddəalarından birini təşkil edir. Deputatın fikrincə, bu dəhlizin açılması tək Azərbaycan üçün yox, bütün region ölkələri, xüsusilə Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir:

“Başqa sözlə, bu dəhliz Ermənistan və ermənilər üçün regionda öz mövcudluqlarını sürdürə bilmək üçün Azərbaycan tərəfindən onlara verilən tarixi bir fürsətdir.
Prezident İlham Əliyev istər Bakıda Hərbi Qənimətlər Parkının açılışında, istər ADA-da, istərsə də Hacıqabul səfəri zamanı çıxışlarında Zəngəzur dəhlizi ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub. O, bildirib ki, Ermənistan istəsə də, istəməsə də, bu dəhliz açılacaq, ya xoşluqla açılacaq, ya da onu biz zorla açacağıq.

Cənab Prezident BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında bir daha bu məsələyə qayıdaraq bildirdi ki, hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində iş gedir.

Bu dəhliz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsidir və Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Bu, onun mühüm strateji əhəmiyyət daşıdığını bir daha sübut edir.

Cənab prezident İlham Əliyev həmin çıxışında Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə də dəvət etdi.

Güman edirəm ki, Ermənistanda bu dəhlizin açılması nəticəsində yaranacaq iqtisadi reallıqları dəyərləndirəcək. Bu reallığın imkanlarından istifadə etməyin Ermənistan üçün nə qədər həyati əhəmiyyət kəsb edəcəyini dərk edə biləcək insanlar tapılacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu