Ənənəvi təhsil bu tarixdən başlanacaq – VAXT AÇIQLANDI 

Tanınmış təhsil eksperti Elçin Əfəndi “Şərq Tv”nin “Düzünü deyək” verlişində qonaq olarkən sentyabr ayında əyani təhsilin başlaya biləcəyini söyləyib.
“Sherg.az” xəbər verir ki, o, ölkədəki mövcud durumun ötən illə müqayisədə ənənəvi təhsil üçün daha uyğun olduğunu deyib:
“Birincisi,  ötən il vaksinasiya aparılmırdı. İkincisi,  2020-də  500-600 min insan COVİD testindən keçmişdi. Bu gün isə həmin rəqəm 3 milyona yaxındır. Bununda təxminən 310 mini, yəni testdən keçən əhalinin 10 faizi koronavirusa yoluxub. Bu da çox ciddi rəqəm deyil. Artıq 2020-2021-ci il tədris  ili başa çatacaq. O zamana qədər vaksinasiya aparılacaq. Düşünürəm qarşıdakı dövrdə 18 yaşdan yuxarı vətəndaşlar da peyvənd olunacaqlar. Onların da sayını nəzərə alaq. Ona görə ənənəvi təhsilin başlamasına bir maneə yoxdur”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu