Vəfadan Şəbnəmə şillə kimi cavab:"Gərək qadının keçmişi təmiz olsun"

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində “Park Kolizey” MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır. Bu barədə “Qafqazinfo” yazıb ki, sözügedən şəxsin kimliyi ictimaiyyət arasında maraq doğurub. Məlum olub ki, F. Xəlilov mətbuata heç də yad biri deyil. Belə ki, iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı çəkilir. Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı.

Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur. Bir neçə il əvvəl V. Şərifovayla Şəbnəm Tovuzlunun münasibəti məhz iş adamına görə gərginləşmişdi.

Bu xəbərlərin ardınca özünü Şəbnəm Tovuzlunun köməkçisi adlandıran bir xanım mətbuata açıqlamasında müğənninin həmin şəxslə əlaqəsinin olmadığını söyləyib.

Hətta digər müğənni Vəfa Şərifovanı Famil Xəlilovun saxladığını iddia edib.

Vəfa Şərifova bütün ittihamlara İnstaqram profilində paylaşdığı videoda cavab verib. 

"Sherg.az"ın məlumatına görə o Famil Xəlilovla 6 ildir ki, ailəli olduğunu söyləyib:

"Efirə çıxdığım gündən demişəm ki ailəliyəm, övladım var. 6 ildir ki, həmin şəxslə evliyik. Məclislərə gedəndə istəyirəm bilsinlər ki, ailəli xanımı dəvət edirlər. Onun üçün demişəm. Yoxsa bəziləri kimi əlini, ayağını göstərib ya hədiyyələri paylaşıb kiməsə acıq vermirəm.

Bunları etməmişəm. Belə gündəmə gələn insan deyiləm. Bir xanım müğənni ilə şəklimi yanaşı qoymusuz. Yazırsız ki, mən kimləsə sevgiliyəm. Bir kişinin həyatında çox qadın ola bilər. Mən həyat yoldaşımı keçmişinə görə qınaya bilmərəm.

Onu keçmişinə görə kimsə qınaya bilməz. Hər dəfə məni onunla vurmaq nəyə lazımdır? Əsas odur qadının keçmişi təmiz olsun. Kişinin keçmişində çox şey ola bilər. Mənim səhvimi görürsüzsə, yazın. Axı bu mənim səhvim deyil. Mənim həyat yoldaşımın keçmişində qısa müddətli insanlar ola bilər.

Bu mənim günahım deyil. Məni onunla niyə vurursunu? Mən qız övladı böyüdürəm. Ona görə o qədər şeylərdən keçmişəm. Onun gələcəyini bu lazımsız xəbərlərlə niyə korlayırsınız. Mən də bəziləri kimi sizi məhkəməyəmi verim? Təzminatmı ödətdirim?".