Reza Deqati “Alov qüllələri”nin inşası zamanı çəkdiyi fotonu paylaşdı - FOTO

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 1 May – Beynəlxalq Əmək Günü münasibətilə paylaşım edib.

Məşhur fotoqraf öz “Instagram” səhifəsində “Alov qüllələri”( Flame Towers) binalar kompleksinin tikintisi zamanı çəkdiyi şəkilləri dərc edərək yazıb:

“Dünyamız hər gün çox çalışan kişilər və qadınlar sayəsində qurulur. Bu gün hər şey üçün onlara təşəkkür etdiyimiz gündür. Onların mübarizəsi və fədakarlığı hörmət və tərifə layiqdir. Azərbaycan, Bakı, Alov Qüllələri, 23 Noyabr 2011. Üç Alov Qülləsindən birinin dəmir skeleti içindəki inşaatçılar. Azərbaycanın atəşpərəstlik tarixindən ilham alınaraq inşa edilən şüşə göydələnlər Bakının ən hündür tikililəridir. Üç şüşə göydələnin tikintisi 2012-ci ildə tamamlandı. Hər üç bina gecə rəngini davamlı dəyişdirən LED işıqlarla örtülüdür”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu