Deputat:“Qarabağda da Türkiyə konsulluğu fəaliyyət göstərsin”

Gəncədə, Naxçıvanda Türkiyənin konsulluğu varsa, qoy, Qarabağda da olsun”
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “İTV Xəbər”ə müsahibə verib.
O, Şuşada Türkiyə konsulluğunun açılması istiqamətində konkret qərar verildiyini bildirib. 
"Bir xoş xəbər verim. Tezliklə Şuşada konsulluğumuz açılacaq".- deyə, H. Kılıç əlavə edib. 
 Millət vəkili Aqil Abbas bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Məsələ hələ dəqiqləşməyib. Amma, əlbəttə, açılsa, yaxşı olar. Sevinərik. Gəncədə, Naxçıvanda Türkiyənin konsulluğu varsa, qoy, Qarabağda da olsun. Binanın Şuşada, ya başqa yerdə tikilməsinin fərqi yoxdur, əsas odur ki, Qarabağda da qardaş ölkənin konsulluğu fəaliyyət göstərsin”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu