Hindistan ştammı ilə bağlı açıqlama: Mutasiyanın sərt təsiri


Türkiyədə də rastlanılan Hindistan ştammı ilə bağlı araşdırmalar davam etdirilir.

"Sherg.az" xəbər verir ki, türkiyəli professor Muhammed Emin Akkoyunlu Hindistan ştammı ilə bağlı önəmli açıqlamalar verib:

"Dünyada əvvəlcə 6-7 mutant virusu var idi. İndi isə milyonlarladır. Hindistan variantı həm vaksini təsirsiz edir, həm xəstəliyi keçirmiş insanların immunitetini zəiflədir. İngilis variantında da daha yoluxdurucudur. Amma peyvəndin 90 faizinin ingilis ştammına qarşı təsirli olduğunu gördük.

Cənubi Afrika mutasiyasının təhlükəli yanı uşaq, gənc və orta yaşlılara daha çox təsir etməsidir. Uşaqların daha çox reanimasiyada yatdığını görürük. Bu mutasiyada da vaksinasiya olunmuş və xəstəliyi keçirmiş insanların yenidən yoluxması mümkündür. Yəni Hindistan və Cənubi Amerika variantları həm daha ölümcül, həm daha yoluxdurucudur". /medicina.az

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu