Şəbnəm bu müğənninin "bostanına daş atdı":"Ucuz ifaçılar var"

Müğənni Şəbnəm Tovuzlu “MTv Azərbaycan”a iddialı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə o ad çəkməsə də bir çox həmkarının bostanına “daş atıb”. Şəbnəm deyib ki, ucuz mahnı yoxdur, onu elə təqdim edənlər var:
“Ucuz ifaçılar mövcuddur. Adi bir bayatını zümzümə ilə ifa edəndə də gözəl səslənir. Hər şey səsdən asılıdır. Bəziləri efirdə deyir ki, Şəbnəm məndən mahnı istəsə, satmaram. Heç Şəbnəm səndən mahnı istəyib ki...? Prodüseri yazıb ki, bir ifanı almaq fikrindəyik?Ucuz ifaçılar onlar kimiləridir”.
Xatırladaq ki, bir müddət öncə müğənni İfrat Dünyamaliyev “Günə bir şou” verlişində qonaq olarkən Şəbnəmin səsinin zövqünə uyğun olmadığını və ona mahnını pulla belə verməyəcəyini söyləyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu