ABŞ dövlət katibindən sərt açıqlama:"Moskva aqressiv davranarsa..."


ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Moskva ilə daha sabit və proqnozlaşdırılan münasibətlər qurmaq istədiyini, gərginləşməyə ehtiyac olmadığını bildirib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. E. Blinkenin sözlərinə görə, ABŞ Rusiyanın hərəkətlərini və siyasətlərini yaxından izləyəcək. Moskvanın hansısa ehtiyatsız və aqressiv davranışına adekvat cavab veriləcək. 
Həmçinin bildirilir ki, Bayden Putini bu yay Avropa ölkələrindən birində görüşə dəvət edib. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Kreml bu təklifi müsbət qarşılayıb. Artıq görüş üçün tarix müzakirə olunur. 

Ağ Ev liderlərin Navalnı və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəyini bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu