“Azərbaycandakı bütün dini abidələr qorunur”

"Bu işlərin görülməsində Heydər Əliyev Fondunun rolu çox böyükdür"


Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, dini məbədlərin təmiri Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası hazırda ən vacib amillərdən hesab olunur.
Şuşadakı kilsənin təmiri, ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda kilsənin təmiri Azərbaycanın tolerantlığının göstəricisidir. Heydər Əliyev Fondu müxtəlif ölkələrdə tarixi-mədəni və dini obyektlərin bərpası, Azərbaycanın ümumbəşəri irsinin qorunub-saxlanmasında mühüm töhfələr verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində yerləşən məscidlər, sinaqoqlar və kilsələr daim inşa edilib, təmir olunur:

“Azərbaycanın müxtəlif dinlərə məxsus olan ölkələrin məbədlərini təmir etdirməsi dünya təcrübəsində nadir görünən haldır. Ölkəmizdə belə bir təcrübə var. Azərbaycanda bütün dini abidələr qorunur, inşa edilir, təmir olunur”.

QMİ nümayəndəsi qeyd edib ki, Azərbaycan kifayət qədər mədəniyyətli, multikultural dəyərlərə sahib ölkədir:

“Artıq dünya üçün  bir örnəyə çevrilmişik. Ölkəmizə gələn xarici qonaqlar və din xadimləri bu mənzərəni gördükcə heyrətlərini gizlədə bilmirlər. Bu işlərin aparılmasında isə xüsusilə Heydər Əliyev Fondunun rolu çox böyükdür. Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də kənarda bəzi məbədlərin, dini abidələrin təmirinə dəstək göstərib, göstərir.
Dini, milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun rolu əvəzolunmazdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu