Ramazan Bayramında qapanma olacaq? - AÇIQLAMA

Əli Nağıyev:“İftar süfrələri təhlükəli durum yarada bilər”

“Qapalı məkanlarda 15-20 nəfərin toplaşması infeksiyaya yoluxmaq baxımından doğru deyil”
 

Artıq ikinci  ildir ki, Ramazan ayı pandemiya ilə mübarizə dönəminə təsadüf edir.  Belə olduqda oruc tutan insanları koronavirusdan qorunma  tədbirləri ilə bağlı bir neçə nüanslar maraqlandırır. İnsanlar çalışırlar ki, həm orucunu pozmasın, həm də  koronavirusla mübarizənin qayda və  tələblərini düzgün  icra  etsinlər. Bu baxımdan kütləvi iftar məclislərinin təşkili məqsədəuyğun deyil. İnsanlar kütləvi məclislərdə daha çox yoluxurlar. Yoluxma təhlükəsini azaltmaq, sağlamlığımızı qorumaq naminə bu cür kütləvilikdən, insanların sıx olduğu tədbirlərdən  uzaq durmaq vacibdir.

Bütün dünyada COVİD-19 virusuna yoluxma halları yenidən çoxalmaqdadır. Aprelin 29-dan etibarən qardaş Türkiyə tam olaraq qapanma rejiminə keçib. Misirdə Ramazan bayramı ilə bağlı xeyriyyə məclisləri qadağan olunub, Dağıstan müftisinin müsəlmanları pandemiyaya görə əhalini məscidlərə getməkdən çəkindirmək üçün çağırışlar edib.


Mövcud durumu “Sherg.az”a şərh edən tanınmış həkim-psixoterapevt Əli Nağıyev bildirib ki, kütləvi məclislər və iftar süfrələri təhlükəli durum yarada bilər:

“Ərəb mənşəli olan insan sözünün mənası “nisyan”, yəni unutqanlıqdır. Biz insanlar nəyisə unudub bezsək də, koronavirus nə unudur, nə bezir. Bəzi ölkələrdə, məsələn Hindistanda koronavirus yeni ştammlarla növbəti dəfə hücuma keçməyə cəhd göstərir.

Ona görə də koronavirus bizi unutmadığı üçün, biz də məsuliyyətlərimizi unutmamalı və bezməməliyik.

İnsanlar nə qədər dua edib, Allahın mühafizəsinə sığınsalar da, ağlımızı işlətməliyik. “Quran-i Kərim” özü də hər zaman bizi ağıl işlətməyə, elmli olmağa və oxumağa təşviq edir. Məhz elmli, diqqətli və səbrli olmaq vadar edir ki, koronavirusa qarşı mübarizəmizdə əzmli olaq. İftar süfrələrində kütləvi yığışmaq olmaz, müvafiq məsafələr qorunmalıdır.

Fikrimcə, ara məsafəsini qorumaqla açıq havada iftarların təşkili daha düzgün olardı. Lakin 2 metr məsafəni qorumaq əsas şərtdir. Nə qədər müqəddəs bir ayda olsaq da, qapalı məkanlarda 15-20 nəfərin toplaşması infeksiyaya yoluxmaq baxımından doğru deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu