Çirkab suyunun yarısı təmizlənmədən dənizə axıdılıb - RƏSMİ


“Ötən il Bakı şəhəri üzrə gün ərzində 330 milyon kubmetr çirkab suyu formalaşıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, onlardan yalnız 182 milyonu bioloji təmizlənmədən keçib:

“147 milyon kubmetr su isə mexaniki təmizlənmədən keçib. Qalan su isə təmizlənmədən dənizə və ya göllərə axıdılıb. Əlbəttə ki, bu, bizi düşündürür”.

“Bu məsələ ilə bağlı çirkab sularını dənizə və göllərə axıdan müəssisələrə məcburi göstəriş verilir. Onların istehsalat fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələrə müraciət edilir, cərimələr tətbiq olunur”, - deyə M.Əbdülhəsənov əlavə edib.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu