Dövlət Agentliyi: Su qıtlığı artıq özünü biruzə verir

“Su qıtlığı artıq özünü biruzə verir”.
APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, bu gün istifadə olunan, mənbədən götürülən su ancaq içmək üçündür: “İçməklə yanaşı, su daha vacib olan məqsədlər üçün istifadə olunmalıdır. Bu sudan bağçaları suvarmaq, kilim yumaq üçün istifadə olunmamalıdır. Tullantı sular bütün yaşıllıqların suvarılmasında, avtoyuma məntəqələrində istifadə olunmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu