Qafarzadədən İSMARIŞ:“Elə indi deyin ki, Nadir yaxşı oğlandır”

“İndi üzücü bir xəbər eşitdim. Əvvəl dedilər Aslan vəfat edib, sonra yalanladılar, yenidən təsdiqləndi. Ölüm gözlə qaş arasındadır. Ona görə mehriban olaq, bir-birimizi pisləməyək, təhqir etməyək, qarğamayaq. Bir-birimizi itirdikdən sonra deməyək ki, o yaxşı oğlan idi. İnsanlara sağlığında qiymət verək”.
“Sherg.az” xəbər verir ki, bu sözləri həmkarı Aslan Hüseynovun ölümü haqda danışarkən müğənni Nadir Qafarzadə deyib. O İnstaqramda paylaşdığı videoda bunları söyləyib:

“ Ölən insan  sağ ikən də yaxşı idi. Niyə vəfat etdikdən sonra rəhmət oxuyurlar ki, yaxşı oğlan idi. Elə yaşayanda onun qədrini bilərdiniz. Gəlin, bir-birimizi “parçalayıb”, “didməyək”.  Bir dost, xalqın övladı kimi deyirəm. Sonradan təəssüflənməyək.  Aslan, Allah  sənə rəhmət eləsin. Bir həftə öncə  ananı itirdin. Yəqin ki qismət belə imiş, qardaşım.

Cənnətdə ananla görüş. Allahın dərgahına getdin, haqq dünyasına qovuşdun. Allah bütün ölənlərə, şəhidlərimizə, koronadan vəfat edənlərə rəhmət eləsin. Bilirəm, bu videonu paylaşacaqlar məni təhqir-tənqid edəcəklər.
Etməyin! Çünki mən də öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. Elə indi də söyləyin ki, yaxşı oğlandır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu