Ata və oğul otlaq yerinə görə öldürüldü 

Konyada qanlı hadisə baş verib. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, Dağlıq ərazidə qoyunlar üçün otlaq yeri üstündə dava düşüb. Eyni məhəllədə yaşayan və münasibətləri heç də yaxşı olmayan Hüseyn K. ilə Hüseyn Kayabaş dağlıq ərazidə qarşılaşıblar.

Tərəflər otlaq əraziyə görə mübahisə ediblər. Mübahisə davaya keçib və Hüseyn K.Hüseyn Kayabaşı və oğlu Osman Kayabaşa ov tüfəngindən atəş açıb. Ata və oğul qanlar içində qalıb, Hüseyn K. isə hadisə yerindən qaçıb. Osman Kayabaşı hadisə yerində keçinib. Atası Hüseyn Kayabaş isə hadisə yerinə gələn təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Lakin ata da yolda canını tapşırıb. Qətli törədən Hüseyn K. az sonra polis tərəfindən yaxalanıb.