Azərbaycanda koronaya  ən çox yoluxma hansı ərazilərdədir? - SİYAHI + FOTO

Ölkə üzrə COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikası açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. 

Məlumata əsasən, koronavirusa yoluxma halları ilə bağlı ən yüksək göstərici 54,2 faizlə Bakı şəhərinin payına düşür. 

Yoluxma digər bölgələr üzrə Abşeronda 12,9 faiz, Aran zonasında 12 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 4,2 faiz, Quba-Xaçmazda 3,1 faiz, Lənkəranda 2,4 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faiz, Naxçıvanda yoluxma 0,03 faizdir.

Koronavirusa yoluxma hallarının 0,3 faizi isə ölkə xarici yoluxmaların payına düşür.

Xatırladaq ki, koronavirusa yoluxma üzrə aparılan araşdırmaya görə, virusa yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu