Həkimlər şokda: Qadın bir dəfəyə 9 uşaq doğdu

Fəsin Kasablanka şəhərində Mali vətəndaşı olan qadın 5 qız və 4 oğlan olmaqla 9 uşaq dünyaya gətirib.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, Halime Sisi Kasablankadakı xəstəxanada uşaqlarını qeysəriyyə yolu ilə qucağına alıb.
Ana və uşaqların səhhətinin yaxşı olduğu bildirilib. Məlumata görə, Halime Sisi hamilə ikən körpələrinin sağlamlıq durumunu öyrənmək üçün yoxlamalardan keçəndə bətnində 7 körpənin olduğu deyilib. Əməliyyat zamanı isə 9 körpə dünyaya gəlib. Doğuşla əlaqədar xərclərin Fəs hökuməti tərəfindən qarşılandığı vurğulanıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu