Rusiya yeni plan “peşində”:“Məqsəd Paşinyanı..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana səfər edəcək. O, ermənistanlı həmkarı Ara Ayvazyanla görüşəcək. İki günlük işgüzar səfərdə nələrin müzakirə ediləcəyi isə açıqlanmayıb.

 Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, S.Lavrov səfər zamanı həmkarına Rusiya dövlət başçısı Vladimir Putinin mesajlarını çatdıracaq: 

“Məlum olduğu kimi, Ermənistanda seçkiqabağı vəziyyətdir. Rusiya Ermənistandakı mövqelərini möhkəmləndirmək istəyir. Odur ki, rəsmi İrəvanın “Qarabağ klanı”, Rusiyanın Ermənistandakı tərəfdarları ilə, həmçinin Qərblə əlaqələri barədə Ayvazyana müəyyən mesajlar veriləcək. Əlbəttə, Kreml rəhbəri Köçəryanın hakimiyyətə gəlməsində maraqlıdır.

Lakin həm də reallıqla barışır və bilir ki, Paşinyanın şansları daha çoxdur. Bu səbəbdən də əsas məqsəd baş naziri tamamilə Moskvadan asılı vəziyyətə salmaqdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu