Dünyanın ən maraqlı peşəsi: bu işi yalnız 1 nəfər görür - Fotolar

İrlandiyalı Allan Diksonun peşəsi hər kəsin diqqətini çəkir.
"Sherg.az" "Haberturk.com"a istinadən bildirir ki, 33 yaşlı Dikson heyvanlarla 5 dəqiqə ilə 3 saat arasında vaxt keçirərək onları "selfi" çəkdirməyə razı salır.
Dikson deyir ki, heyvanlarla "selfi" çəkdirmək üçün ilk öncə onların özlərini təhlükəsiz hiss etmələrini təmin edir. Bunun üçün tez-tez yerə süründüyünü və bu səbəbdən paltarının çox vaxt çirkli olduğunu söyləyir.

Heyvanlarla birlikdə çəkiləcək ən yaxşı "selfi" üçün ipuçlarını verən Dikson bildirir ki, çox diqqətli olmaq və heyvanları təhrik etməmək lazımdır:
"Əvvəlcə onların sizə inanmasına çalışın. Sizinlə şəkil çəkdirəndə rahat olarlarsa, nəticə əla olacaq".

Diksonun ilk selfisi 2010-cu ildə bir köpəklə olub. Sonra Avstraliyada bir körpə kenquru ilə çəkdirdiyi "selfi" sosial şəbəkələrdə sözün əsl mənasında "partlayış" yaradıb.

Hazırda turizm sektorunda marketoloq kimi çalışan Allan indiyə qədər 100-dən çox fərqli heyvanla "selfi" çəkdirib. O, üç il əvvəl Avstraliyanın "Ən yaxşı peşə" yarışmasına qatılaraq birinci yeri qazanıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu