Ərdoğandan Baydenə: “Bir kəlmə üçün bu qədəri çox deyilmi?” – Zəngin detalları...

“ABŞ prezidenti Co Bayden “Erməni soyqırımı” ifadəsini işlətməzdən əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. Onlar iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edərək iyun ayında NATO-nun tədbiri çərçivəsində görüşmək haqqında razılaşıblar”.
Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
 “Məlumatlı mənbələr Baydenin ermənilərin uzun müddət ABŞ prezidentlərinin dilindən eşitmək istədikləri kəlməni ifadə etməyi planlaşdırdığını da  Türkiyə dövlət başçısına bildirdiyini vurğulayır. Amma nəzərdən qaçırılır ki, əslində Bayden Türkiyə prezidentinə qəbul edərsə, ABŞ-ın Yaxın Şərqdə siyasətinə yardım etmək - yəni "Kürd dövləti"nin yaradılmasına razılıq vermək, İsraillə əlaqələri normallaşdırmaq, İrana qarşı mübarizədə ABŞ-ın yanında olmaq və Rusiya ilə silah sahəsində əməkdaşlıqdan əl çəkmək müqabilində bu kəlməni işlətməyəcəyini bildirib. Türkiyə prezidenti isə Baydenə “Bir kəlmə üçün bu qədəri çox deyilmi?”-deyə, cavab verib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu