Fransanın “Türkiyə sancısı”: “Ərdoğanın son açıqlamaları onları...”

“Fransa parlamentindəki sərsəm çıxışlar, çox güman ki, öz gücünü Baydenin son açıqlamasından alıb. Ancaq unutmamaq lazımdır ki, biz hər şeyə rəğmən 44 gün ərzində 30 illik lazımsız danışıqlara son qoyduq. Bu məsələdə Türkiyə faktoru danılmazdır”. 
Bu sözləri siyasi analitik Rusif Məmmədsoy deyib. 
 O, daha ətraflı “Sherg.az”a danışdı:
 “Fransaya çox da əhəmiyyət vermək lazım deyil. Fransanın Türkiyəyə münasibəti hər birimizə məlumdur. Ancaq Ərdoğanın son açıqlamaları onlara sərf etmədi. Türkiyə prezidenti öz praqmatikliyini qorudu. Rəcəb Tayyib Ərdoğan  “ABŞ hər zaman Türkiyənin müttəfiqi olaraq qalacaq. Eyni zamanda da NATO-nun” açıqlaması bu baxımdan xarakterikdir. Diqqət edin, “tərəfdaş” yox, məhz “müttəfiq””.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu