Gənclər və idman naziri vəzifəsini kim icra edir? - FOTO

Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu