Niyamla Aslanın SON DANIŞIĞI:"İkimiz də ağladıq, sonra…" 

Sənət dünyası qəfil acı xəbərlə dərindən sarsılıb. Müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında dünyasını dəyişib. Bu ölüm hadisəsi onun yaxınlarını, sənət dostlarını üzüb. Şou əhli sosial şəbəkələrdə kədərlərini dilə gətiriblər.
“Sherg.az” xəbər verir ki, müğənni Roza Zərgərli mərhumla videosunu paylaşaraq bunları yazıb:
“ “Ölüm qaşla göz arasındadır” deyirlər. İndi eşitdiyim bu xəbərə çox pis oldum. Dostum Aslan, Allah sənə rəhmət eləsin”.
Afət Fərmanqızı acısını belə dilə gətirib:

“ Çox heyif... Necə gözəl insan idi. Dostlar, dünya fanidir, gəlin, vaxtında bir-birimizə dəyər verək. Allah Aslan bəyə rəhmət eləsin. Moskvada konsertlərini yarımçıq qoyub anasının yasına gəldi. Kaş gəlməzdin”.

Rüfət Axundov deyib ki, itirə-itirə gedirik:

“ Hər saniyənin bir hökmü var. Yaxınlarınızın sağ ikən qədrini bilin”.

Nazənin Salayeva daha bir sənət dostunu itirdiyini söyləyərək bunları qeyd edib:

“ Çox vəfasız dünyada yaşayırıq. İtirə-itirə gedirik. Allah rəhmət eləsin, nur içində yatsın”.

Niyam Salami isə İnstaqram səhifəsində bu sözləri  yazıb:

“Mənimlə gecə danışmısan. Həm ağladıq, həm də səni güldürdüm ki, fikrini dağıdım. Çünki ana ağrısını  mən də çəkirəm. İndi yoldayam. Kaş sənin qəbir üstünə yox, övladlarının xeyir işinə gələrdim. Allah günahlarımızı bağışlasın”.

Xatırladaq ki, mərhumun bir həftə öncə anası vəfat edib. O anasının yas mərasimindən qayıdarkən səhərə yaxın saat 5 radələrində Qaradağ rayonunda qəzaya düşüb.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu