Şəhid və qazilərə “dil uzadalar” var:“Qanun hazırlansın, sərt cəza..."

“…Və insanlar məsuliyyətlərini dərk etsinlər”

“O şəxsi qanun qarşısında elə cəzalandırmaq lazımdır ki, bir də belə işə əl atmasın”

Parlamentin dünənki iclasında deputat Bəhruz Məhərrəmov şəhidlərin təhqir edilməsini pisləyib. Millət vəkili Cinayət Məcəlləsinə şəhidlərlə bağlı maddənin əlavə olunmasını təklif edib. O bildirib ki, şəhidlərin təhqir olunması cinayət sayılmalıdır: “Buna görə də Cinayət Məcəlləsinə şəhidlərin təhqir olunmasının cinayət məsuliyyəti yaratmasına dair maddə əlavə edilməlidir”.



Deputatın təklifini müsbət dəyərləndirən tanınmış hüquqşünas, vəkil  Adəm Məmmədov “Sherg.az”a təəssüflə bildirib ki, bəziləri şəhidlərimizə “dil uzadıb”, xoşagəlməz ifadələr səsləndirirlər:

“Məsələn, bu günlərdə şəhidimiz Xudayar Yusifzadə haqqında xoş olmayan fikirlər söylənildi. Daha sonra isə onu təhqir edən şəxs döyüldü. Düzdür, hüquqi dövlətdə yaşayırıq, lakin hər bir halda xalqın heysiyyətini başa düşmək lazımdır. Türkiyədə belə bir hal yaşansaydı, o adamı çox pis linç edərdilər. Təbii ki, bunu qəbul etmirik. Amma elə etmək lazımdır ki, bu məsələ qanunla ciddi formada tənzimlənsin və insanlar məsuliyyətlərini dərk etsinlər”.

Vəkilin sözlərinə görə, cılız və özünə hörmət qoymayan şəxslər Feysbuk və digər sosial şəbəkələrdə bu cür addım atmaqdan çəkinməlidirlər:

“Həmin şəxslər birmənalı şəkildə dərk etməlidirlər ki, məsuliyyətə cəlb ediləcəklər. Şəhidlərimiz çox həssas yerimizdir, əhalinin hissi ilə oynamaq olmaz. Ümumiyyətlə, şəhidlərə qarşı tərbiyəsizlik edənlərin psixologiyasında problem var.

Heç olmasa, qohum-əqrəbaları başa salmalıdır ki, ağlını başına toplasın. Mən özüm də şəhid ailəsindənəm, atam şəhid olub.

Ona görə də, deputatın səsləndirdiyi təklif çox düzgündür. Ümumiyyətlə, bu mövzunu gündəmə gətirməməliyik. O şəxsi qanun qarşısında elə cəzalandırmaq lazımdır ki, bir də belə işə əl atmasın.

Cinayət Məcəlləsində vəzifəli şəxslərin şərəf və ləyaqətinin qorunmasına dair bir neçə maddə var. Belə maddə şəhidlərimiz üçün də olmalı, onların adı əbədiləşdirilməli və neqativ hərəkətlərin qarşısı alınmalıdır”.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu