Ermənistan ordusunda XAOS:““Qarabağ klanı”nın uzantıları...” 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-leytenant Karen Abramyan vəzifəsindən azad edilib. Bu barədə “Sputnik Ermənistan” yazıb. Generalın vəzifədən kənarlaşdırılması təklifi Nikol Paşinyan verib. Prezident artıq müvafiq sərəncamı imzalayıb. Baş verənlər onu göstərir ki, Ermənistanın hərbi elitasında da vəziyyət ürəkaçan deyil. Onsuz da uçurumun astasında olan düşmən ölkədə vəziyyət getdikcə ağırlaşır.



Politoloq Qabil Hüseynli rəsmi İrəvanda baş verənlər barədə “Sherg.az”a danışdı: 

“Yadınızdadırsa, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Orik Qosporyan Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı bəyanat vermişdi. 40-dan çox yüksək rütbəli zabit həmin sənədi imzalamışdı.

Onlardan ancaq biri- Qosporyan cəzalanmışdı. Çox güman, Karen Abramyan da həmin 40 nəfərdən biri imiş. İkinci bir tərəfdən isə, ordu daha çox “Qarabağ klanı”nın təsiri altında fəaliyyət göstərir. Silahlı Qüvvələrdə itaətsizlik, ölkə rəhbərliyinə tabe olmamaq meyilləri var.

Baş nazir orduda “təmizləmə” aparır, mərkəzdənqaçma meyillərinin qarşısını almağa çalışır. Başqa sözlə desək, o, ordunu öz tabeliyində saxlamaq niyyətindədir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu