Nazir açıqladı:“15 min 209 tələbə təhsil haqqından azad olunub”

“Cənab Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev Feysbuk hesabında yazıb. Nazir qeyd edib ki, qərarda edilən yeni dəyişikliyə görə 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək:
“Bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilmışdir. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanmışdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu