Elton şou-biznesin iç üzünü göstərdi: “Süniliklər var...”

“Doğrudan da şou-biznesdə mehribanlıq əskikdir”

 “ "Şou-biznes" sözü xoşuma gəlmir. Təbii ümumi ad belədir. Amma o kəlmənin yaratdığı görüntünü bəyənmirəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Özəl” proqramında qonaq olarkən müğənni Elton Hüseynəliyev deyib. O fikirlərinə bunları da əlavə edib:
“Bəzi insanların gözündə canlandırdığı mənzərəni sevmirəm. Yoxsa illər əvvəl tanıdığım, çörək kəsdiyim insanlarla münasibətim yaxşıdır. Doğrudan da şou-biznesdə mehribanlıq əskikdir. Təbiilik olması gözəldir. Lakin bəzi süniliklər var. Son iki- üç ildə bu sünilikləri  xalq anlayır. Gərək bir-birimizlə mehriban olaq. Buradan kiməsə məsləhət vermirəm, "belə edin", demirəm. Öncə insan özündən başlamalıdır, o fikirdə olmalıyam”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu