Mərkəzi Asiyadakı proseslərdə Rusiya “izi”:“Turan birliyi ilə bağlı narahatlıq...”

Qırğızıstanla Tacikistan arasındakı qarşıdurma Mərkəzi Asiyada vəziyyəti gərginləşdirdi. Bir neçə gün davam edən insidentdən sonra tərəflər arasında nisbi sakitlik yaransa da, proseslərin bundan sonra necə inkişaf edəcəyi məlum  deyil. Ən azından ona görə ki, regionun iki dövləti arasında münaqişələr yeni deyil. Tərəflər keçən əsrin 60-cı illərindən etibarən bir-biriləri ilə, belə demək mümkünsə, höcətləşirlər. Səbəb isə su hövzəsinə nəzarətdir. Daha doğrusu, bu, aysberqin görünən tərəfidir…

 Siyasi analitik Samir Hümbətov tərəfər arasındakı gərginlik barədə “Sherg.az”a danışdı:

“Hadisələri müntəzəm olaraq izləyirəm. Qismən olsa da, hələ tam sakitlik yoxdur. Lakin münaqişənin davamlı olacağını və daha ağır fazaya keçəcəyini düşünmürəm. Çünki proseslərə digər dövlətlərin, o cümlədən Çinin, Türkiyənin və Rusiyanın müdaxiləsi var. Bundan sonra da olacaq. Həmin ölkələr bölgədə münaqişənin alovlanmasını istəmir. Düzdür, müharibənin başlanmasında bəzi maraqlı qüvvələr də var. Lakin bütün hallarda genişmiqyaslı savaşın start götürəcəyini güman etmirəm. Həm də ona görə ki, Qırğızıstan rəhbərliyi hərbi əməliyyatların aktivləşməsini istəmir. O, bununla bağlı bəyanat da verib. Bir müddət sonra münasibətlər normallaşacaq. Hər halda tatix boyu belə qarşıdurmalar olub”.

S.Hümbətov, həmçinin proseslərdə Rusiyanın “əli olduğunu” dedi:

“Kreml baş verənlərdə birbaşa maraqlıdır. Şimal qonşumuz “arxa bağçası” hesab etdiyi regionda problem yaşanmasını istəmir. Çünki həm Qırğızıstan, həm də Tacikistan Rusiyanın dominant mövqe tutduğu KTMT-nin üzvüdür. Bununla belə, Moskvanın “pərdəarxası” mesajı da var: demək istəyir ki, mən regionda olmasam, sabitlik yaranmaz, vəziyyət daha da ağırlaşar.

Rusiya, həmçinin tərəflər arasındakı sərhədi öz nəzarətində saxlamaq niyyətindədir. İkinci bir tərəfdən isə, şimal qonşumuzda Turan birliyi ilə bağlı narahatlıq var.

Bu barədə həm Rusiyanın Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi bəyanat verib. Məhz Turan birliyinin yaranmasına mane olmaq üçün belə məsələlərlə “baş qatır”, prosesi ləngidirlər. Lakin heç bir qüvvə Turan birliyinin yaranmasının qarşısını ala bilməz. Bir müddətdən sonra hazırkı reallıq aradan qalxacaq, Qırğızıstanla Tacikistan arasında münasibətlər normallaşacaq.

Lakin zaman-zaman lokal toqquşmaların olması da istisna deyil. İki türk dövləti arasında sərhəd elədir ki, hər an etnik münaqişə başlana bilər. Daimi sabitlik yarataq üçün isə tərəflər böyük əmək sərf etməlidirlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu