Vətən müharibəsində şəhid olan hərbçi dəfn olunub - YENİLƏNİB - FOTO

Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

***

13.55

Vətən müharibəsində şəhid olan hərbçimizlə Mingəçevirdə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir şəhərində yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimində şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu