Meyxanaçı Samirə şok yaşayıb:"Polislər söylədi ki, tez çıxın"

Meyxanaçı Samirə Yusifqızı ötən günlərdə koronavirusdan vəfat edən əməkdar artist Baloğlan Əşrəfovdan danışıb.
“Sherg.az” xəbər verir ki, o mərhum barədə fikirlərini “Elgizlə izlə” verlişində səsləndirib.  S.Yusifqızı B.Əşrəfovun ölümü ilə şok yaşadığını söyləyib:
“O həyatsevər, yaşamağı sevən, pozitiv insan idi.
Onun gedişi incəsənət aləmini “yerə çırpdı”. Biz 3 mərasimində iştirak etdik. Pandemiya ilə əlaqəli dəfninə gedə bilmədik. Polislər söylədi ki, tez baş çəkib çıxın.
Evdə də yalnız öz ailəsi, yaxınları vardı. Sonra məzarını ziyarət edib qayıtdıq. Əfsuslar olsun ki, onu qəbirdə tək qoyduq. Xatirələrdə, ürəklərdə qaldı”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu