Misir danışıqlar masasında: "Türkiyənin artan gücünü anladı"

8 illik fasilədən sonra Misir danışıqlar masasına oturmağa razılıq verib


“Türkiyənin siyasi uğurları Yaxın Şərq və Şimali Afrikada hər keçən gün artmaqdadır”.

Bunu “Şərq”ə “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. Analitik bildirib ki, 8 illik fasilədən sonra Qahirədə Misir və Türkiyə arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutub:

“Bu hadisə 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk vacib addım kimi qiymətləndirilə bilər. Türkiyəni bu görüşdə XİN başçısının müavini, təcrübəli diplomat Sədat Önal, Misiri isə XİN başçısının müavini Handi Sanal Noza təmsil edib. Görünən odur ki, bir neçə ay bundan öncə Türkiyəyə qarşı bəzi ittifaqlarda təmsil olunan Misir anlamağa başlayıb ki, Türkiyə ilə razılığa gəlməkdən başqa yolu yoxdur. Ona görə də danışıqlar masasına oturmağa razılıq verib”.

Siyasi şərhçi hesab edir ki, bundan sonrakı mərhələdə qarşılıqlı şəkildə addımların atılması gözləniləndir:

“Öncə səfirliklərin yenidən təyin edilməsi, XİN başçılarının və digər dövlət rəsmilərinin görüşünün təşkili gözləniləndir. Həmçinin, qarşılıqlı ticari-iqtisadi əlaqələrin bərpası istiqamətində addımların atılması mümkündür. Eyni zamanda Aralıq dənizində də tərəflərin razılığa gəlməsi ehtimalı böyükdür. Əgər Türkiyə Misiri danışıqlar masasına əyləşdirib öz maraqlarına uyğun olan şərtləri diktə etməyə başlayıbsa, deməli, Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəm başlayıb”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu