I sinfə şagird qəbulu dayandırılır


Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, portal 8 may saat 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu