90 yaşlı aktyorun 5-ci evliliyi: 48 yaş kiçik sevgilisi ilə... - FOTOLAR

Sovet dövründə rus kino və teatrının əfsanəvi aktyoru 90 yaşlı İvan Krasko özündən 48 yaş kiçik sevgilisi Natalya Smıkova ilə evlənməyə qərar verib.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, şəxsi həyatı ilə tez-tez gündəmdə olan Krasko beşinci evliliyini teatrda tanış olduğu sevgilisi ilə edəcək.
Hər üç nikahını özündən çox kiçik qadınlarla bağlayan aktyor bu dəfə də ənənəni pozmayıb. Rusiya mətbuatına danışan Krasko Natalyanın tez-tez onun tamaşalarına baxmaq üçün teatra getdiyini söyləyib.

Qeyd edək ki, Krasko2015-ci ildə özündən 60 yaş kiçik tələbəsi olan Natalia Şevel ilə dördüncü evliliyinə Sankt-Peterburqda imza atıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu