Hulusi Akar: “Azərbaycan bizim qardaşımızdır"


“Azərbaycan bizim qardaşımızdır”.

Bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Xüsusi Silahlı Qüvvələri ilə görüşdə deyib.

“Azərbaycanla münasibətimizdə həqiqətən də iki dövlət, bir millət, bir yumruq, bir ürək olduğumuzu bir daha göstərdik. Bunu xüsusilə, 44 günlük mübarizədə açıq formada təsdiqlədik.

Azərbaycanın 30 ildən bəri işğal altında olan torpaqlarını azad etmək üçün Türkiyə başda prezidenti, Silahlı Qüvvələri olmaqla lazımi bütün təlimatlara dəstək verdilər”, - deyə H.Akar vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu