Neftin qiyməti ilə bağlı NİKBİN PROQNOZ


Azərbaycan neftinin qiyməti azalıb. “Azeri Light” markalı neftin bir bareli 0,35 ABŞ dolları və ya 0,51 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 68,04 dollar təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bu barədə “Sherg.az”a danışdı: 

“Neftin qiyməti martın 15-dən etibarən pik həddə çatdı. Bu ABŞ-da həftəlik neft ehtiyatının yanvardan bu yana görülməmiş həddə enməsi ilə əlaqədardır. Sonradan Hindistandan gələn bəd xəbərlər vəziyyəti bir az da mürəkkəbləşdirdi. Hindistan iqtisadiyyatının ağır vəziyyətdə olması ciddi sual yaratdı. Çünki bu ölkə dünyann üçüncü enerji istehlakçısıdır”.

İ.Şabanın fikrincə, hazırkı qiymət arzuolunan səviyyədədir:

 “Bazarda vəziyyət stabildir. “Brend” markalı neftin qiyməti ilin əvvəlindən etibarən təxminən 61 dollardır. Təəssüf ki, qonşu Rusiyadan fərqli olaraq bir çox hallarda bizdə neftin aylıq satış qiyməti ilə bağlı məlumat verilmir. Həm də əlavə xərclər olduğuna görə, biz çox hallarda elan edilən qiymətlə, real satış qiyməti arasında fərqlər yaranır. “Brend” markalı neft 61 dollara satılırsa, deməli, Azərbaycan neftinin qiyməti təxminən 60 dollardır. Bu isə proqnoz göstəricilərindən daha çoxdur və sevindirici haldır. Çünki manevr imkanları yaradır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu