Nazir:"X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək"

“Hamımız çalışmalıyıq ki, sentyabrın 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.

O deyib ki, mayın 17-dən 5 regionda da həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə başlanacaq: “X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək. Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu