Vaksinasiya olunan təhsil işçilərinin sayı açıqlanıb

“İlk növbədə 50 yaşdan yuxarı təhsil heyəti vaksinasiyaya cəlb edilib”.
APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Onun sözlərinə görə, bu yaş qrupundan 56439 müəllim ən azı bir vaksinasiyadan keçib: “Bu da o yaş üzrə 65 faiz təşkil edir, təxminən hər üç müəllimdən ikisi vaksinasiya olunub. Daha sonra 40 yaşdan 28500 heyət vaksinasiyadan keçib, bu isə 57 faiz deməkdir. Aprelin əvvəlindən bütün yaş qrupunda olan təhsil işçisi vaksinasiya olunur. Hazırda 117356 nəfər, 53 faiz işçi vaksinasiyadan keçib”.

Nazir deyib ki, bu, yalnız ümumtəhsil müəssisələrində olan müəllimlərdir: "Peşə və ali təhsil müəssisələrinin bir neçə min müəllimləri də vaksinasiya olunublar".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu