Nazir: "Müəllimlərin sertifikasiyası payızda keçirilə bilər"

"Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur".
"Sherg.az"ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Onun sözlərinə görə, çünki pandemiyaya görə qeyri-müəyyənlik var: "Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu