COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34856 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29288 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1661772, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1001968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 təşkil edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu