Gəlin bu kurioz səbəbə görə bəylə evlənməkdən vaz keçdi

Hindistanın paytaxtı Yeni Dehli yaxınlığındakı Uttar Pradeş əyalətində gəlin toy zamanı ailə qurmaq fikrindən daşınıb.
“Sherg.az”ın “Sabah.com”a istinadən məlumatına görə, səbəb bəyin vurma cədvəlini bilməməsi olub.
Bu zaman gəlin vurma cədvəlini bilməyən biri ilə evlənə bilməyəcəyini söyləyib. Dostlar və ailə üzvləri isə gəlini fikrindən daşındıra bilməyiblər.
Gəlinin əmisi oğlu baş verənləri bu cür dəyərləndirib:
“Bəyin ailəsi bizə təhsil səviyyəsi barədə məlumat vermədi. Bizi aldadıblar. Amma cəsur bacım ictimai qınağı düşünmədən evlənmək fikrindən daşındı. Cahil birinə ərə getməyə razı olmadı”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu