Təhsil naziri: “Güzəştlər hər kəsə şamil edilə bilməz”


“Güzəşt və xüsusi imtiyaz kimi ifadələrə aydınlıq gətirmək istəyirəm ki, bu, hər kəsə şamil edilə bilməz. Bu halda imtahanların heç bir nəticəsi olmur”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, nazirliyin keçirdiyi istənilən test, müsabiqə, imtahan zamanı vətəndaşlar hər zaman güzəşt istəyir:

“Ötən il doktorantura prosesində də bu müşahidə edilmişdi. Bildirim ki, güzəştlərin mütəmadi istənilməsi, hər kəsə şamil edilməsi heç bir nəticə verə bilməz. Bu, artıq güzəşt deyil, imtahan nəticəsinin aşağı düşməsi deməkdir. Ola bilər ki, ümumi orta bal qalxır, lakin yaxşı nəticə göstərə bilən adamlar müsabiqədə qalib gəlir. 

Yox, əgər müsabiqədənkənar kiməsə güzəşt edilirsə, prosesin ədalətli olması üçün həmin qrupdan olan hər kəsə güzəşt edilməlidir. Ayrı-ayrı şəxslərə şəxsi güzəştin edilməsi ədalətli deyil, bu sistemi pozur. Biz liseylərə imtahan keçirərkən insanlar fərdi qaydada güzəşt istədikdə digər şəxslərin haqqına girmiş oluruq”.

“Şəhid ailələrindən olan insanlara müsabiqədənkənar, müəllimlikdənkənar işə qəbul prosesində üstünlük veririk. Eləcə də hərbçi ailələrindən olanlara bəlli bir sərhəddə müəyyən güzəştlər tanınır. Düşünürəm ki, biz qaydaları hər zaman müzakirə edə bilərik, amma mövcud qaydalara da mütləq riayət edilməlidir”, - deyə nazir qeyd edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu