"Facebook" bizdə sirr qoymadı-20 yaş "challenge"i: "Məqsəd nədir?!” 

Son günlər sosial şəbəkələrdə, o cümlədən Feysbukda maraqlı tendensiya müşahidə olunur. İstifadəçilər özlərinin iyirmi yaşlarındakı fotolarını paylaşırlar. Digərləri isə maraqlı rəylər yazır və tendensiyanın daha da kütləviləşməsinə şərait yaradırlar.

Türkiyədə yayıldıqdan dərhal sonra ölkəmizdə də, belə demək mümkünsə, dəbə minən adətə münasibət birmənalı deyil. Hər iki tərəf  “Burada nə var ki?!” deyir, amma fərqli mənalarda, fərqli ironiya ilə...

 “Sherg.az” olaraq mütəxəssislərin fikirlərini öyrəndik. Demə, onların münasibəti arasında da ziddiyət var imiş...

 Sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə bu, o qədər də böyüdüləsi məsələ deyil:

“Pis baxmıram. Ola bilsin, kimsə nostaljiya yaşamaq, xatirələri yada salmaq istəyir. Hətta elə adamlar ki, iyirmi yaşlarındakı fotolarını özləri yox, yaxınları, uşaqları paylaşırlar. Hər halda məsələyə ciddi əhəmiyyət verməyin tərəfdarı deyiləm”.


Sosioloq, jurnalist Lalə Mehralı isə düşünür ki, necə deyərlər, aysberqin görünməyən tərəfləri də var:

“Sözügedən prosesi mən də müşahidə edirəm. Xüsusilə ziyalı təbəqənin bu trendə qoşulmasına görə məyus oldum. Belə tendensiyaların şəxsi məlumatların bir yerə yığılması üçün ortaya atıldığını kimsə düşünmür. Kimsə fikirləşmir ki, görəsən, məqsəd nədir? Oxşar informasiyalar dünyanı idarə edən insanların əlində cəmləşir. Bir müddətdən sonra isə üzə çıxanda hər kəs təəccüblənir. Daha demirlər ki, özümüz öz əlimizlə öz fotomuzu yayırıq...Mən, ümumiyyətlə, sosial şəbəkələrdə şəxsi informasiyaların paylaşılmasının əleyhinəyəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu