Arif Quliyevin qızından ürəkdağlayan sözlər - 10 gündür əziyyət çəkirik

Mərhum Xalq artisti Arif Quliyevin qızı Günel açıqlama verib.

"Sherg.az" xəbər verir ki, lent.az-a açıqlama verən aktyorun qızı atası barədə bu sözləri deyib: 

"Ata itirmək ağırdır. Bilirəm, tək ailəsi üçün yox, sevənləri üçün də üzücü xəbər oldu. Mən atamı, xalq isə Xalq artistini itirdi. 10 gündür əziyyət çəkirik. Hamı da bizlə birlikdə əziyyət çəkirdi, zəng edirdilər, yazırdılar, maraqlanırdılar. Mayın 16-da ad günü idi, gözləmədi... Ağırdır. Sonuncu dəfə görüntülü danışdıq. Söz vermişdi ki, sağalıb gələcək, qızımın toyunda iştirak edəcək. Sözünü tutmadı. Sağalacağına inanırdı, səhhəti yol vermədi, orqanları dözmədi. Bizə çox ağırdır. Hər kəsə sonsuz təşəkkür edirəm. Səhhətində nisbətən yaxşılaşma olmuşdu. Dünən günorta saatlarında komaya düşdü" - deyə, Günel bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu